İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin olundu

19.01.2026

Icma.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib.

Telegraf -ın əldə etdiyi məlumata görə, 25 iyun 2024-cü il tarixindən etibarən hissə rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovnik-leytenantı Əhmədov Elgün Vahid oğlu 29 dekabr 2025-ci il tarixdən rəsmi olaraq İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə təyin olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью