Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sabah İmişli, Saatlı, Sabirabad rayonları və Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə olacaq.
XQ xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.
Bildirilib ki, "Qaz İxrac" İdarəsi tərəfindən aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar oktyabrın 22-də saat 08:00-dan işlər yekunlaşanadək İmişli, Saatlı, Sabirabad rayonunlarının bəzi ərazilərində, həmçinin Şirvan şəhəri Bayramlı qəsəbəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.