İmişli Saatlı seçki dairəsi üzrə 74 nəfər ilk dəfə səs verəcək

16.01.2025

Teleqraf.com saytından alınan məlumata görə, Icma.az bildirir.

82 saylı İmişli - Saatlı seçki dairəsi üzrə 74 nəfər yanvarın 29-na təyin olunmuş bələdiyyə seçkilərində ilk dəfə səs verəcək.

Bunu Teleqraf.com-a açıqlamasında dairə seçki kommisiyasının sədri Sabit Yaqubov deyib.

O qeyd edib ki, dairə üzrə 51 min 577 nəfər səsvermə hüququna malikdir.

S.Yaqubov əlavə edib ki, 52 məntəqədən ibarət seçki dairəsi üzrə 233 namizəd mübarizə aparacaq.

Xatırladaq ki, bələdiyyə seçkilərdə ümumilikdə 16 min 128 nəfərin namizədliyi qeydə alınıb

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью