“İmişli” “Sabah”a, “Karvan Yevlax” “Qarabağ”a qarşı YENİLƏNİR İdmanXəbər

29.11.2025

Idmanxeber.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Misli Premyer Liqasında 13-cü tur davam edir. 

İdmanxeber.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək. 

Əvvəlcə “İmişli” “Sabah”ı qəbul edəcək. Ötən tur “Neftçi”ni məğlub edən bölgə təmsilçisi hazırda 15 xalla 8-ci pillədə qərarlaşıb. “Sabah” isə 22 xalla dördüncüdür Paytaxt klubu bu görüşdə qələbə qazansa, turnir cədvəlində bir pillə irəliləyəcək. 

Günün ikinci matçında son çempion “Qarabağ” “Karvan-Yevlax”ı sınağa çəkəcək. Ağdam klubu hazırda 26 xalla birinci, Yevlax təmsilçisi isə 5 xalla sonuncudur. 

29 noyabr (şənbə)

14:30. “İmişli” – “Sabah”
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rauf Cabarov
AVAR: Zeynal Zeynalov
Quba OİK stadionu

17:00. “Qarabağ” – “Karvan-Yevlax”
Hakimlər: 
Kamranbəy Rəhimov, Eyyub İbrahimov, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Cavid Cəlilov
AVAR: Kamran Bayramov
“Azərsun Arena”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью