İmişli sakini ov tüfəngi ilə həmyerlisini güllələyib

25.05.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

İmişli, 25 may, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə həmyerlilər arasında yaranan münaqişə güllələnmə hadisəsi ilə nəticələnib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün İmişli rayonunun Hacıalmuradlı kəndində qeydə alınıb. Hadisə zamanı Babək İbişov ov tüfəngi ilə Ayaz Nuruşovu ayaq nahiyəsindən vurub. Xəsarət alan şəxs İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, güllələnmə hadisəsi nəticəsində xəsarət alan 1973-cü il təvəllüdlü şəxs İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə yerləşdirilib. Ona hər iki aşağı ətrafın aşağı üçdəbirinin çoxsaylı güllə yarası diaqnozu qoyulub. Xəstəyə zəruri tibbi yardım göstərildikdən sonra o, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına köçürlüb.

Hadisəni törədən şəxs hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью