İmişli sakini qətlə yetirilib, şübhəli bilinən həmkəndlisi saxlanılıb

18.01.2025

Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İmişlidə qətl hadisəsi baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Sarxanlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Fərid Allahverdiyev həmkəndlisi Vüsal Allahverdiyevə bıçaqla xəsarət yetirib. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyhatını xilas etmək mümkün olmayıb.

Polis əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən F.Allahverdiyevi saxlayıb, faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью