İmişli Şamaxı nı məğlub etdi VİDEO

25.10.2026

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının IX turunda daha bir görüş baş tutub.
Bizim.Media  xəbər verir ki, Yevlax şəhər stadionunda "İmişli" "Şamaxı"nı 2:1 hesabı ilə üstələyib.
 

Meydan sahiblərinin heyətində Dioqo Almeyda (17) və Seyxan Fərəcov (90+2-p.) fərqləniblər. "Şamaxı"nın yeganə qolunu isə 65-ci dəqiqədə Abdullahi Şuaybu rəqib qapısından keçirib.


Bu nəticədən sonra xallarının sayını 10-a yüksəldən "İmişli" turnir cədvəlində 8-ci pilləyə yüksəlib. "Şamaxı" isə 13 xalla 7-ci yerdə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Qəbələ" "Araz-Naxçıvan"ı (2:1), "Zirə" "Sumqayıt"ı (3:2), "Kəpəz" isə "Şəfa"nı (2:1) məğlub edib. "Neftçi" - "Turan Tovuz" matçı heç-heçə başa çatıb - 1:1.


Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью