“İmişli” “Səbail”lə məsləhətləşməyib

03.05.2025

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İmişli”nin gələn mövsüm ev oyunlarını “ASKO Arena”da keçirəcəyi dəqiqləşib. Bu barədə klubun idarə heyətinin sədri Aqşin Mürsəlov bizə açıqlama verib.

“Football-plus.az” bu qərardan “Səbail”in nə dərəcədə xəbərdar olduğunu, “İmişli”nin AFFA-dan razılıq alana qədər “dənizçilər”lə məsləhətləşib-məsləhətləşmədiyini öyrənmək üçün Bayıl təmsilçisinin idman direktoru Firuz Abdulla ilə əlaqə saxlayıb:

“Stadion AFFA-ya məxsusdu. “Səbail” stadiondan icarə əsasında istifadə edir. Ümumiyyətlə, bu mövzuda “İmişli” tərəfi ilə hansısa müzakirəmiz olmayıb”.


MÜZƏFFƏQ QULUZADƏ
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью