İmişli Şəfa nın qonağıdır

29.08.2026

sport24.az saytına istinadən Icma.az xəbər verir.

Misli Premyer Liqasının üçüncü tururna Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, ev oyunlarını "SOCAR Polymer Arena"da keçirən paytaxt təmsilçisi "İmişli2ni qəbul edir.

Uzun fasilədən sonra yenidən ölkə futbolunun elitasına dönən "Şəfa" artıq aktivinə 3 xal yazdırmağı bacarıb. Bakılılar ötən həftə səfərdə "Qəbələ"ni minimal hesabla məğlub edib. Heç şübhəsiz ki, Zaur Həşimovun baş məşqçisi olduğu kollektivin əsas məqsədi bu gün də meydana qələbə ilə tərk etmək olacaq. "İmişli" isə geridə qalan 2 turda qələbə qazana bilməyib. Bölgə təmsilçisi açılı turunda "Araz-Naxçıvan"la "sülh" bağlasa da, ötən həftə "Zirə"yə məğlub (3:1) olub. Bu üzdən "İmişli"nin də hədəfi 3 xal olacaq.

Qeyd edək ki, hüsabat həftəsinin digər oyunları sabah və bazar ertəsi keçiriləcək.

Misli Premyer Liqası

I dövrə, III tur

20:15. "Şəfa" - "İmişli"

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Cavid Cəlilov. 
AVAR: Kərim Zeynalov
Hakim-inspektor: Ceyhun Haşımov. 
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Sumqayıt. "SOCAR Polymer Arena".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью