sport24.az saytına istinadən Icma.az xəbər verir.
Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 13-cü tura start verilir. Sport24.az xəbər verir ki, qarşılaşmalardan biri bölgədə, digəri isə paytaxtda baş tutacaq.
Günün ilk matçında "İmişli" "Şəfa"nı qonaq edir. 12 turdan sonra aktivində 12 xal olan nominal meydan sahibləri tunir cədvəlində 8-ci, qonaqlar isə 5 xalla 11-ci pillədə qərarlaşıb. Tərəflər arasında I dövrədə baş tutan görüşdə sevinən tərəf bölgə təmsilçisi olub. "Pələnglər" Sumqayıtda 1:0 hesabı qələbə qazanıblar.
Qeyd edək ki, matçın start fiti saat 14:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XIII tur
14:30. "İmişli" - "Şəfa"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Nəriman Axundov
Yevlax. Şəhər stadionu.