İmişli Şəkər Zavodunda yanğın Foto

27.09.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İmişli Şəkər Zavodunun ərazisində yanğın olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə anbarların birində qeydə alınıb.

Hadisə yerinə İmişli Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 texnikası və şəxsi heyəti cəlb olunub.

Bundan əlavə, yanğının söndürülməsi üçün Biləsuvar, Kürdəmir, Sabirabad, Şirvan və Saatlı rayonlarından da yanğınsöndürən avtomobillər və şəxsi heyət hadisə yerinə cəlb edilib.

Görülən tədbirlər nəticəsində yanğın söndürülüb.

TƏBİB-dən bildirilib ki, yanğınla bağlı xəstəxanaya müraciət daxil olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью