İmişli Sumqayıt ı Qubada qəbul edəcək

31.08.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“İmişli” Misli Premyer Liqasının 4-cü turunun oyununu Qubada keçirəcək.

İdman.biz xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

"Pələnglər"in "Sumqayıt"ı qəbul edəcəyi matça sentyabrın 13-də, saat 16:30-da Quba Olimpiya İdman Kompleksinin (OİK) stadionunda start veriləcək.

Quba OİK stadionunda təftiş nəticəsində meydana çıxan çatışmazlıqların aradan qaldırılması yönündə “İmişli” klubu tərəfindən işlər davam etdirilir.

PFL aparılan işləri nəzarətdə saxlayır. Yekun təftişdən sonra “İmişli” – “Sumqayıt” oyununun məkanında dəyişiklik ediləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.

Qeyd edək ki, "İmişli" ilk 2 turdakı ev oyunlarını Şamaxı şəhər stadionunda keçirib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью