“İmişli” Sumqayıtda “şəfa” tapdı

30.08.2026

Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.

“İmişli” Misli Premyer Liqasında ilk üç xalını qazandı. “Pələnglər” “Şəfa” ilə matçda minimal hesablı qələbəyə sevindi – 1:0.

Sumqayıtda keçən görüş ümumilikdə bölgə təmsilçisinin üstünlüyü ilə keçdi. Xüsusilə ikinci hissədə fəal oynayan qonaqlar layiqli qələbə qazandı. “Şəfa” bəzi anlarda dominantlıq etməyə çalışsa da, rəqibin müqavimətini qırmaq mümkün olmadı.

Buna qədər “Araz-Naxçıvan”la heç-heçə edən və “Zirə”yə uduzan “İmişli” üçüncü turda üç xalını bayram etdi. Fərid Namazovun rəhbərlik etdiyi kollektiv hələlik liqada ən çox yerli oyunçudan istifadə edən komandadır.

Qolun vurulmasında azərbaycanlı futbolçuların da əməyi oldu. Azər Salahlının gözəl ötürməsini Seyxan Fərəcov dəqiq zərbəylə qapıya göndərdi. Bu, həm də Seyxanın çempionatdakı ilk qolu oldu. Ötən mövsüm I Liqanın bombardiri olan hücumçu ön xəttdə fəallığı ilə də seçilirdi.

“Şəfa” isə ötən tur “Qəbələ” üzərində qazandığı qələbənin davamını gətirə bilmədi. Komandanın legionerləri arasında uyğunlaşma problemi var. Görünən odur ki, bakılılar üç turda adaptasiya ilə bağlı ciddi irəliləyişə nail ola bilməyib. Oyunçuların keyfiyyətinin arzulanan səviyyədə olmaması da ehtimallar arasındadır. Zaur Həşimovun rəhbərlik etdiyi kollektivi növbəti turda daha ciddi sınaq gözləyir. “Şəfa” lider “Neftçi”nin qonağı olacaq və bu qarşılaşmada “ağ-qaralar”da nə qədər müqavimət göstərə biləcəyi isə maraq doğurur.

“İmişli” autsayder “Qəbələ”nin qonağı olacaq.  İlk üç turun nəticələrinə əsasən, “pələnglər” bu görüşdə də qələbəyə yaxın tərəf kimi görünür.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью