Idman.biz saytına istinadən Icma.az xəbər verir.
“İmişli” futbol klubu U-19 komandası AFFA Gənclər Liqasının ikinci turunda “Şamaxı”ya qalib gəlib.
İdman.Biz xəbər verir ki, qarşılaşma “İmişli”nin 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində Abbas Zeynalov və Ziya Rəhimzadə hərəyə 2 qol vurub. Digər qolları isə Murad Quliyev, Nizami Mənsimov, Məhəmməd Ramazanov və Nihad Neymətzadə vurublar.