İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq

05.02.2025

Icma.az, Mia.az saytına istinadən bildirir.

Bu gün İmişli və Saatlı rayonlarının qaz təchizatında fasilə yaranacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Mia.az-a bildirilib ki, Birliyin “Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərinin 80-ci km-də “Hacıqabul-Horadiz” avtomobil yolu ilə kəsişən hissədə əmələ gəlmiş qaz sızmasının ləğvi ilə bağlı saat 14:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə İmişli rayonunun tam olaraq, Saatlı rayonunun isə Məzrəli kəndinin qaz təchizatının dayandırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası planlaşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью