Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Bu gün İmişli və Saatlı rayonlarının bir sıra kəndlərinin qaz təchizatında fasilə yaranıb.
"Cebheinfo.az" bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.
Məlumata görə, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək İmişli rayonunun Qaralar, Cavadxanlı, Bəciravan, Ağcüyür, Qaravəlli, Mirili kəndlərinin, Saatlı rayonunun Naharlı və Məzrəli kəndlərinin qaz təchizatı dayandırılıb.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin