Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"İmişli" heyətini Fildişi Sahilindən olan yarımmüdafiəçi Yvan Seninlə gücləndirib.
Bu barədə klubun mətbuat xidmətindən bildirilib.
19 yaşlı futbolçu ilə "2+1" illik müqavilə imzalanıb.
Qeyd edək ki, əsasən dayaq yarımmüdafiəçisi kimi çıxış edən Y.Senin karyerası ərzində "Abican Siti", "Sportinq"in (Portuqaliya) U-19 komandası və son olaraq Azərbaycanın "Şimal" klubunun formasını geyinib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin