İmişlidə 11 ci sinif şagirdi Araz çayında batıb

07.06.2026

Azertag saytına istinadən Icma.az xəbər verir.

İmişli, 7 iyun, AZƏRTAC

İmişli rayonunda 11-ci sinif məzununun Araz çayında boğulması ilə nəticələnən hadisə baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə axşam saatlarında Araz çayının İmişli rayonu Rəsullu və Məhəmmədli kəndləri ərazisindən keçən hissəsində qeydə alınıb. T.Mirişov çaya düşüb və boğulub. Hazırda axtarışlar davam etdirilir.

Müxbir-Aydın Yavərzadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью