İmişlidə 2 nəfərin meyiti tapıldı

03.02.2025

Icma.az, Teleqraf.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İmişlidə küçədən kişi meyiti tapılıb.

Teleqraf.com xəbər verir ki, dünən səhər saatlarında İmişli şəhəri Həzi Aslanov küçəsində rayonun Aranlı kənd sakini 67 yaşlı Adil Teymurovun meyiti aşkar edilib. Onun küçədə yeriyərkən infarkt keçirərək ölməsi məlum olub.

Bundan başqa, İmişli şəhər sakini 1952-ci il təvəllüdlü Leonid Qriqoryeviç Moninin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı evdə tapılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью