İmişlidə 5 milyon manata POLİS ŞÖBƏSİ tikiləcək

13.12.2024

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

DİN-nin Maddi -Texniki Təminat Baş İdarəsi “DİN-in İmişli Rayon Polis Şöbəsinin inzibati binasının tikintisi” tenderinin nəticələrini elan edib.

Avtosfer.az “FED.az”a istinadən xəbər verir ki, tenderin qalibi “Agah Group” MMC olub.

Qalib şirkətə 5 165 358 manat ödəniləcək.

Qeyd edək ki, “Agah Group” MMC 23 noyabr 2023-cü ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Gündüz Nəzərov Rafik oğludur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью