İmişlidə 700 ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq

12.03.2025

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Sabah İmişli rayonunda 700-ə yaxın abonentin qaz təchizatında fasilə yaranacaq.

Gununsesi.info “Report”a istinadən xəbər verir ki, Otuzikilər QPS-dən qidalanan Qızılkənd kəndində müxtəlif diametrli qaz xəttlərində aşkar olunmuş qaz sızmlarının ləğvi və təmir işlərinin görülməsi məqsədi ilə əlaqədar olaraq, sabah saat 09:30-dan etibarən işlər başa çatanadək qeyd olunan kənddə (677 abonent) qaz təminatının daxili dayandırılması planlaşdırılır.

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş olunur.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью