İmişlidə AĞIR QƏZA: 3 qadın xəsarət aldı

11.02.2026

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İmişli rayonunda üç qadının xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Avtosfer.az report-a istinadən xəbər verir ki, xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Yaralılara bədənin müxtəlif nahiyələrinin travması, boyun fəqərəsinin arxa çıxıntısının yerdəyişmiş sınığı, dirsək nahiyyəsinin yarası, qapalı kəllə-beyin travması, sol diz və baldırın sıyrıqları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri orta ağır qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Oxunub 6

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью