İmişlidə ağır yol qəzası; Ata və oğulu öldü FOTO

15.11.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmişlidə motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğul ölüb. Avtosfer.az xəbər verir ki, hadisə bu gün saat 17 radələrində qeydə alınıb. Qəza zamanı "Mercedes" markalı minik maşını və "İj" markalı motosiklet toqquşub.

Nəticədə motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью