İmişlidə avtomobil ağaca çırpıldı Sürücü xəsarət aldı FOTO

09.12.2024

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İmişli rayonunda minik avtomobilinin ağaca çırpılması ilə nəticələnən yol qəzası baş verib.

Bakupost.az xəbər verir ki, hadisə ötən gün saat 17 radələrində İmişli şəhəri Heydər Əliyev prospektində qeydə alınıb.

Əmrah Quliyevin sükan arxasında olduğu  "VAZ-2107" markalı avtomobil idarə etmədən çıxaraq ağaca çırpılıb.

Xəsarət alan sürücü İmişli rayon Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Zaur, BakuPost

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью