İmişlidə avtomobil ağaca çırpıldı: Sürücü xəsarət aldı KONKRET | Icma.az
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İmişli rayonunda minik avtomobilinin ağaca çırpılması ilə nəticələnən yol qəzası olub.
KONKRET.az xəbər verir ki, hadisə saat 17 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb.
Əmrah Quliyevin sükan arxasında olduğu “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Xəsarət alan sürücü rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona təcili təxirəsalınmaz tibbi yardım göstərilərək stasionar müalicəyə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. KONKRET.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu