Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İmişli, 8 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda minik avtomobilinin ağaca çırpılması ilə nəticələnən yol qəzası olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə saat 17 radələrində rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Əmrah Quliyevin sükan arxasında olduğu "VAZ-2107" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb. Xəsarət alan sürücü rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ona təcili təxirəsalınmaz tibbi yardım göstərilərək stasionar müalicəyə cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.