İmişlidə avtomobil bir nəfəri vurub öldürdü

21.02.2025

Lent az saytına istinadən Icma.az xəbər verir.

İmişlidə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə İmişli şəhərində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil yolu keçən İmişli rayon sakini, Tağıyev Abbas Hacı oğlunu vurub.

Yaralı xəstəxanaya çatdırılarkən yolda ölüb.

Faktla araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью