“İmişli”də ayrılıq qısa çəkdi

19.09.2026

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“İmişli” futbol klubu bir müddət əvvəl yollarını ayırdığı Ronaldo Souzanı heyətinə qaytarıb.

Futbolpress.az xəbər verir ki, bölgə təmsilçisi 28 yaşlı braziliyalı müdafiəçi ilə 2 illik yeni müqavilə imzalayıb.

Ronaldo Souza 2025/2026 mövsümündə də “İmişli”nin şərəfini qoruyub, lakin klub avqustun 4-də futbolçu ilə yolların ayrıldığını rəsmən elan etmişdi. Karyerası ərzində “Kruzeyro”nun U-17 və U-20, “Sportinq”in U-23 komandalarında çıxış edən təcrübəli oyunçu, həmçinin “Alverka”, “Anadiya” və İndoneziyanın “Borneo” klublarında da forma geyinib.

“İmişli”nin heyətində ümumilikdə 29 rəsmi matça çıxan braziliyalı müdafiəçi bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью