İmişlidə DƏHŞƏTLİ QƏZA: ata və oğlu öldü

15.11.2024

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

İmişlidə motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğlu ölüb.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə saat 17 radələrində İmişliyə giriş avtomobil yolunda qeydə alınıb.

Qəza zamanı "Mercedes" markalı minik maşını və "İj" markalı motosiklet toqquşub. Qəza nəticəsində motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb.

Ağır yaralanan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью