İmişlidə DƏHŞƏTLİ QƏZA: Ata və oğlu öldü | Icma.az
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İmişlidə motosiklet və minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzasında ata və oğul ölüb.Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə saat 17 radələrində İmişli rayonunun girişində qeydə alınıb.Qəza zamanı "Mercedes" markalı minik maşını və "İj" markalı motosiklet toqquşub.
Qəza nəticəsində motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb.
Ağır xəsarət alan motosikletin sürücüsü Mübariz İbişov isə İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.Faktla bağlı araşdırma aparılır.Bizim.Media, Aran bürosu Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu