İmişlidə dəhşətli qəza: Ölən var Hadisə yerindən FOTOLAR

22.11.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İmişlidə minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

"Cebheinfo.az" verir ki, hadisə saat 11 radələrində Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı Məzrəli kənd sakini İsayev Əldursun Feyruz oğlunun idarə etdiyi "Toyota" markalı avtomobil və rayonun Aranlı kənd sakini Qənbəralıyev Vüsal Teyyub oğlunun sükan arxasında olduğu "Hyundai" markalı minik maşını toqquşub. Qəza nəticəsində Əldursun İsayev ölüb, xəsarət alan Vüsal Qənbəralıyev isə rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью