İmişlidə dəhşətli qəzaya səbəb olan avtomobili yeniyetmə idarə edirmiş YENİ FAKT

19.01.2025

Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İmişlidə dəhşətli qəzaya səbəb olan avtomobilin sükanı arxasında yeniyetmə olub. 

Lent.az-ın əldə etdiyi xəbərə görə, araşdırmalar nəticəsində məlum olub ki, YPX avtomobilinin qarşısına çıxan  “Mersedes” markalı, 30-BH-904 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxsin heç sürücülük hüququ. olmayıb. Onun 17 yaşı var və dayısına məxsus avtomobillə hərəkət edib. 

Qeyd edək ki, ötən gün İmişlidə xidmətə gedən DYP-nin avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib.

Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью