İmişlidə direktor şagirdi döyüb? Video

29.01.2026

Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.


İmişli rayonunun Hacıalmuradlı kənd orta məktəbinin direktorunun şagirdə qarşı fiziki zorakılıq törətdiyi iddia olunur.
Yeniavaz.com
xəbər verir ki, sosial şəbəkələrdə məktəbin həyətində şagirdin fiziki zorakılığa məruz qalmasının kadrları da yayılıb.
Həmin görüntüləri təqdim edirik:

Bu gönderiyi Instagram'da gör

Yeniavaz.com (@yeniavaz_com)'in paylaştığı bir gönderi


Mil-Muğan Regional Təhsil İdarəsindən “Qafqazinfo”ya bildirilib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır:
“Sosial mediada yayılan və yeniyetməyə qarşı uyğunsuz davranışın əks olunduğu görüntülərlə bağlı bildiririk ki, hadisədə iştirak edən şəxslərin kimliyini və görüntünün nə zaman çəkildiyini dəqiq müəyyən etmək üçün araşdırma aparılır. Şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.
Yayılan görüntü ilə bağlı aparılan araşdırmanın gedişində hadisənin bütün detalları dəqiqləşdiriləcək və ictimaiyyətə məlumat veriləcək”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью