İmişlidə doqquz yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq

07.02.2025

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İmişli rayonunun doqquz yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq. SİA-nın məlumatına görə, fevralın 10-da "İmişli 1" ölçü qovşağından qidalanan, diametri 225 mm-lik PE "Bəhrəmtəpə" orta təzyiqli qaz kəməri üzərində Dş 200 mm-lik siyirtmə quraşdırılacaq.

Bu məqsədlə həmin gün saat 10:00-dan etibarən işlər yekunlaşanadək İmişli rayonunun Rəsullu, Məhəmmədli, Bəhrəmtəpə, Göbəktala, Şahverdili, Boşçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində, Yeni Bəhramtəpə qəsəbəsində (16 qeyri-əhali abonenti; ümumilikdə 4 min 400 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью