İmişlidə DYP avtomobili məktəbliləri VURDU: Ölənlər var YENİLƏNİB Yeni Gündəm

18.01.2025

Icma.az, Yenigundem portalına istinadən məlumatı açıqlayır.

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətindən “Yeni Gundem”-ə bildirilib ki, xidmətə gedən DYP avtomobilinin qarşısına digər bir nəqliyyat vasitəsinin çıxması nəticəsində xidməti avtomobil yol kənarında olan uşaqlara dəyib. Onlardan 2 nəfər həlak olub, digər azyaşlılar və sürücü xəstəxanaya çatdırılıb.

Faktla görə cinayət işi başlanılıb, polis və prokurorluq orqanlarında araşdırma aparılır.

***
İmişlidə avtomobil məktəbliləri vurub, ölən və yaralananlar var.

İmişli şəhərində avtomobil 3 məktəblini vurub.

Məktəblilərdən biri hadisə yerində ölüb, digərləri müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Onlar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//apa

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью