“İmişli”də ekzotik “premiya”

03.09.2025

futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Premyer Liqada 3 turdan sonra mövsümün sürpriz nəticələrə imza atan komandası “İmişli”dir.

Bölgə təmsilçisi “Turan Tovuz”a minimal hesablı məğlubiyyətdən (0:1) sonra “Neftçi” ilə heç-heçə edib (0:0), sonuncu turdaysa “Sabah”a səfərdə qalib gəlib (1:0).

“İmişli” rəhbərliyi son iki oyunda qazanılan xallara görə mükafat ayırıb. “Futbolpress.az“ın əldə etdiyi məlumata görə, komandanın üzvlərinə heç-heçəyə görə 250, qələbəyə görə isə 650 AZN “premiya” verilib.

“İmişli” çempionatda 4 xalla 5-ci sırada qərarlaşıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью