İmişlidə ən yaşlı seçicinin 113 yaşı var

21.01.2025

Icma.az, Report.az portalına istinadən məlumatı açıqlayır.

İmişli rayonunda yaşayan ən yaşlı seçicinin 113 yaşı var.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonda qeydiyyatda olan ən yaşlı seçici 1912-ci il təvəllüdlü Cahan Həsən qızı Məmmədovadır.

113 yaşlı seçici yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 81 saylı İmişli seçki dairəsinin rayonun Qaraqaşlı kəndində yerləşən 29 saylı seçki məntəqəsində səs verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью