İmişlidə ət və süd istehsalı artıb

23.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Bu ilin əvvəlindən İmişli rayonunda ət və süd istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

Bu barədə “Report”un Muğan bürosuna İmişli Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, yanvar-noyabr aylarında rayonda 11 625 ton ət istehsal olunub. Bu rəqəm 1 il əvvəl 11 606 ton olub.

11 ay ərizndə İmişlidə 49 328 ton süd istehsal edilib. Bu rəqəm 2023-cü ilin eyni dövründə 46 489 ton təşkil edib.

Bizim Telegram kanalımıza abunə olun

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью