İmişlidə ev YANDI

06.02.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

İmişli rayonunda yanğın hadisəsi baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nurulu kəndində Fətulla Həsənova məxsus evdə qeydə alınıb. 

Ümumi sahəsi 81 kvadratmetr olan qamışdan ibarət birmərtəbəli 2 otaq və aynabənddən ibarət ev anidən yanıb. Yanğın yerinə İmişli Rayon Yanğından Mühafizə Xidməti cəlb olunub.

Yanğın nəticəsində 1 otağının yanar konstruksiyaları 36 kvadratmetr sahədə yanıb.

Faktla bağlı araşdırma aparılır. 

Xəlil Əliyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью