İmişlidə evlərdən oğurluq edən yeniyetmə saxlanıldı

05.02.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən iki fərdi evdən oğurluq etməkdə şübhəli bilinən ötən il də törətdiyi oğurluq faktlarına görə barəsində istintaq araşdırmaları aparılan yetkinlik yaşına çatmayan şəxs müəyyən edilərək saxlanılıb.

"Unikal"ın məlumatına görə, araşdırma zamanı onun evlərdən 80 manat, dəyəri 9000 manatdan artıq olan qızıl-zinət əşyaları və 8000 manat dəyərində tüfənq patronu oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью