İmişlidə FACİƏ 33 yaşlı kişi öldü

14.07.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

İmişli rayonunda 33 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Hacalımuradlı kəndində baş verib.

Kənd sakini, 1992-ci il təvəllüdlü Emil Cəlal oğlu Musayev günorta saatlarında kənd ərazisindəki kanalın kənarında olarkən istidən epilepsiya keçirib. O, köməksiz vəziyyətdə qaldığından kanala yıxılıb və boğularaq ölüb. Onun meyiti kənd sakinləri tərəfindən kanaldan tapılıb.

Faktla bağlı araşdırma aparılır.

Samir Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью