İmişlidə istixanada yanğın olub Foto+Yenilənib

25.12.2024

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İmişli rayonunda yanğın hadisəsi baş verib.

“Qafqazinfo”  xəbər verir ki, hadisə rayon mərkəzinə yaxın, Araz çayının kənarında yerləşən istixanada qeydə alınıb.

Hadisə yerinə İmişli rayon Yanğından Mühafizə Bölməsinin texnika və canlı qüvvəsi cəlb edilib.

Yanğın qısa müddətdə məhdudlaşdırılıb, tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

FHN yanğınla bağlı məlumat yayıb.

Bildirilib ki, İmişli rayonunun ərazisində, Araz çayının sahilində yerləşən istixanada baş vermis yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Surxay Şahbazov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью