İmişlidə itkin düşən şəxsin meyiti TAPILDI

19.12.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İmişli rayonunda itkin düşən 59 yaşlı kişinin meyiti aşkar olunub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Oruclu kəndində qeydə alınıb. 

Belə ki, kənd sakini,  Rasim Şükürov dünən evdən çıxıb, sonra ondan bir xəbər olmayıb. 

Daha sonra onun ailəsi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub. Bu gün R. Şükürovun kənd ərazisində olan transformatorun ətrafında cəsədi tapılıb. 

Onun cərəyan vurmasından ölməsi ehtimal olunur.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Xəlil Əliyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью