İmişlidə karxanada bədbəxt hadisə: Ölən var

15.11.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

İmişlidə yerləşən çınqıl karxanasında bədbəxt hadisə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Sabirabad rayon sakini, 1966-cı il təvəllüdlü Mansur Həsənov yük maşınına çınqıl yükləyən zaman ekskavatorun ön hissəsi onun başına dəyib.

Nəticədə M.Həsənov ağır xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью