İmişlidə keçmiş məhkum dəm qazından boğulub

27.12.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İmişlidə 56 yaşlı keçmiş məhkum dəm qazından boğularaq ölüb.

APA-nın məlumatına görə, hadisə rayonun Çahar kəndində baş verib.

Kənd sakini, əvvəllər dələduzluq cinayətindən məhkum olunmuş 1969-cu il təvəllüdlü Mehman Nəsirov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью