Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İmişli şəhərində kirayənişin yaşadığı evdə yanaraq ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Cəfər Cabbarlı küçəsindəki mənzillərdən birində baş verib.
İmişli rayon sakini Sürahi Quliyevaya məxsus üçotaqlı ev yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib və yanğın söndürülüb.
Yanğın yerinin kəşfiyyatı zamanı evdən orada kirayədə yaşayan, İmişli rayonunun Qaradonlu kənd sakini, 1957-ci il təvəllüdlü Sədrəddin Fərəcovun yanmış meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli