İmişlidə kişinin evdə yanaraq ölməsinin TƏFƏRRÜATI

11.04.2026

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

İmişli rayonunu Qaralar kəndində fərdi yaşayış evində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub.
Bu gün səhər saatlarında kənd sakini 1969-cu il təvəllüdlü Akif Mədət oğlu Abşova məxsus evdə qısaqapanma nəticəsində yanğın hadisəsi baş verib.
Hadisə nəticəsində ev sahibi də yanaraq ölüb.
Onun meyiti Fövqəladə Hallar Nazirliyinin İmişli Rayonu Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən aşkarlanıb.
Məlumata görə, A.Abşov tək yaşayırmış və revmatizm xəstəliyindən əziyyət çəkdiyindən hərəkət məhdudiyyətli olub.
Hadisə nəticəsində o, mənzili tərk etməyə çalışsa da, buna nail ola bilməyib. (bizim.media)
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью