İmişlidə marketdə BİABIRÇILIQ: şokoladlardan qurd çıxdı | Icma.az
Lent az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Marketdən alınan şokoladlardan qurd çıxıb.
Lent.az-ın məlumatına görə, qurdlaşmış şokoladlar İmişlidə yerləşən marketlərin birindən alınıb.
Çəki ilə satılan şokoladın etiketində isə saxlanma tarixinin hələ keçmədiyini görə bilirik, buna baxmayaraq, onların hər biri qurdlu olub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ müvafiq regional bölmə tərəfindən nəzarətə götürülüb, araşdırma aparılır: “Araşdırmanın nəticəsi ilə bağlı əlavə məlumat veriləcək”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu