İmişlidə memarlıq sərgisi və abadlıq aksiyası

11.07.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

İmişli Rayon İcra Hakimiyyəti və İmişli Regional “ASAN xidmət” Mərkəzinin birgə təşkilatçılığı ilə “Memarlıq və Şəhərsalma İli” çərçivəsində rəsm sərgisi və abadlıq aksiyası keçirilib. “ASAN xidmət” Mərkəzində təşkil olunan sərgidə rayon icra hakimiyyətinin başçısı Elçin Rzayev, mərkəzin direktoru Elvin Məmmədov, icra hakimiyyətinin və “ASAN xidmət”in əməkdaşları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ekspozisiyada könüllülərin “Memarlıq və Şəhərsalma İli”nə həsr etdikləri əl işləri, yaşıllığın qorunması, ekoloji məsuliyyət, müasir şəhər mühiti və dayanıqlı inkişaf ideyalarını əks etdirən rəsm əsərləri nümayiş etdirilib. Sərgi iştirakçıları gənclərin yaradıcılıq nümunələri ilə yaxından tanış olaraq onların təşəbbüskarlığını və bədii zövqünü yüksək qiymətləndiriblər. Aksiyanın təşkili və keçirilməsində fəal iştirak edənlərə təşəkkürnamələr təqdim olunub.

Daha sonra İmişli Regional “ASAN xidmət” Mərkəzinin istirahət parkında abadlıq aksiyası ilə keçirilib. Aksiya zamanı parkın ərazisində məişət tullantıları, qurumuş ağac qalıqları və yarpaqlar toplanaraq xüsusi texnika vasitəsilə ərazidən uzaqlaşdırılıb, alaq otları təmizlənib, yaşıllıq sahələrinin qorunmasına yönəlmiş zəruri işlər görülüb.

Mikayıl NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью