İmişlidə motosiklet avtomobillə TOQQUŞDU: Ata və oğlu ÖLDÜ

15.11.2024

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İmişli rayonunda iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, motosiklet və minik avtomobili toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində ata və oğul ölüb. Hadisə bu gün saat 17 radələrində İmişli rayonuna giriş yolunda qeydə alınıb.

Motosikletdə olan sərnişin Kazım İbişov hadisə yerində ölüb. Motosikletin ağır xəsarət alan sürücüsü Mübariz İbişov isə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью